`Şəhriyar`ın sahibinə 1 İLLİK HƏBS CƏZASI


21:45     15 Fevral 2017 hebs_451.jpg

Bakı Ağır Cinayətlər məhkəməsində narkotik alveri və odlu silah saxlamaqda təqsirləndirilən iş adamı Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik prosesdə hökm oxunub.

Hökmə əsasən, N. Əliyev 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N. Əliyev Bakıxanov qəsəbəsində olan şadlıq evinin sahibidir. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələrinə əsasən ittiham olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 1335


Oxşar xəbərlər